Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zakir Həsənov Brüsselə getdi - SƏBƏB

Reklam: Sinerji Pro

NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

www.yenicag.az

1980
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100