Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb-Foto

media-hightechnic-468x90

7f90f74c2384ea500ad3de3b5b41399fMüdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.

Yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlıqları qarşısında müvafiq tapşırıqlar qoyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600