Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zakir Həsənov müşavirə keçirtdi

Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

MN-dən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.

www.yenicag.az

2621
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM