Azərbaycanda general vəfat etdi

media-hightechnic-468x90

Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bu gün vəfat edib.

Qeyd edək ki, Çingiz Məmmədov uzun sürən xəstəlikdən əziyyət çəkirdi

Allah rəhmət eləsin!

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Azərbaycanda general vəfat etdi

media-hightechnic-468x90

1399706591İstefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev vəfat edib.

media-banner_tuq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 76 yaşında dünyasını dəyişən Dağlar Abdullayevlə vida mərasimi bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olacaq.

Dəfn mərasimi 2-ci Şəhidlər xiyabanında keçiriləcək.

Müdafiə Nazirliyi rəhbərliyi Dağlar Məmməd oğlu Abdullayevin vəfatı ilə bağlı nekroloq yayıb.   Nekroloqda qeyd olunub ki, Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub. 1961-ci ildə Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib.   1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.

1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub.   1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib.

2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib.

2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilib.

2006-cı ildə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.

Nekroloqu Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev imzalayıb(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05