Zakir Həsənov türkiyəli generalları qəbul etdi-Foto

media-hightechnic-468x90

69cc8df9d0fb92bb048a0842f12f867fAzərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Jandarma Baş Komandanlığının qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Z. Həsənov qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu deyib. O, regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdələr də iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600