Zakir Qaralovdan yeni - Təyinat

media-hightechnic-468x90

Prokurorluq orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

Yeniçağ.az

media-ziraat-728x90

Zakir Qaralovdan yeni təyinat

media-hightechnic-468x90

4a598b93fdcbffce9cd45694eabf1824Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Elşən Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinat barədə məlumatı APA-ya təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyev tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600