Zakir Qaralovun qardaşına cinayət işi açılıb? - AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, bu məlumatlar yalandır:

“Mənim barəmdə Gürcüstanda guya cinayət işi başlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzlidir. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə məlumatlara inanmamağa çağırıram”.

Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı T.Qaralov barəsində Gürcüstanda cinayət işi başlanılması barədə məlumatlar yayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600