!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zaur Baxşəliyev və Güny Baxşəliyeva ATV-çidirlər” – ATV-dən RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

 

Bəzi şəbəkə yazılarında ATV-nin ən reytinqli proqramlarından olan “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin guya bağlanacağı barədə əsassız iddialar irəli sürülür və hətta bu məlumatın telekanaldan hansısa məsul vəzifə tutan mücərrəd şəxsin təsdiqlədiyi qeyd edilir.

Məsələ ilə bağlı Yenicag.az- a açıqlama verən ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli, bu xəbərin tamamilə yalan olduğunu deyib.

“Jurnalistika və xəbər sahəsi ilə tanış olan hər bir kəs anlayır ki, mənbəyi bilinməyən istənilən məlumata bəri başdan inanmaq olmaz. Qondarma xəbərə mötəbərlik donu geydirmək üçün, mənbəni “ATV-nin məsul şəxsi” adlandırmaq da yalanı doğru etmir. Özünü “ATV-nin məsul şəxsi” kimi təqdim edən mənbə olubsa da, çox güman ki, o şəxs adi dələduzdur. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər.

Fürsətdən istifadə edərək, bir daha xatırladırıq ki, ATV telekanalının fəaliyyəti ilə bağlı rəsmi və doğru məlumat üçün ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmək olar”.

COP29

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv