!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Şükürov Abşeron rayonunun Qobustan kənd tam orta məktəbində seçicilərlə görüşdü - FOTO

!Reklam – Yazi

47 saylı Sumqayıt – Abşeron – Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeyd alınmış Zaur Ramiz oğlu Şükürovun seçkiqabağı təbliğat – təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun Qobustan kənd tam orta məktəbinin akt zalında seçicilərlə 16 avqust tarixində 7-ci görüşü keçirilmişdir.

Görüşünün əvvəlində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra çıxışa davam edən deputatlığa namizəd Zaur Şükürov tədbir iştirakçılarına özünün diplomatik sahədəfəaliyyəti dövründə dövlətimizin maraqlarının qorumasıistiqamətində atdığı addımlardan bəhs edərək, seçiləcəyi təqdirdə bu illər ərzində əldə etdiyi təcrübədən istifadə edərək seçicilərini qalib Azərbaycanımızın Milli Məclisində də layiqincə təmsil edəcəyini, parlament diplomatiyası çərçivəsində fəaliyyətə töhfə verəcəyini bildirmişdir.

Daha sonra, platformasl barədə seçicilərini məlumatlandıran Z. Şükürov nəzərdə tutduğu planlarınhəyata keçirilməsi üçün aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə lazımi səylər göstərəcəyini, seçicilərin qaldıracağı məsələləri diqqətdə saxlamaq üçün onlarla vaxtaşırı görüşlər keçirəcəyini vurğulamışdır.

Sonda seçicilərlə fərdi söhbət edən Z.Şükürov, onları maraqlandıran suallara aydınlıq gətirmiş və görüşlərini davam etdirəcəyini bildirmişdir.

Seçicilər öz növbəsində maraqlı görüşə görə məmnunluğunu ifadə edərək, onları təmsil edəcək millət vəkilinin mütəmadi görüşlər keçirəcəyinə və qaldırdıqları məsələlərin diqqətdə saxlanacağına ümidvar olduqlarını diqqətə çatdlrmışlar.

5d2ac717-b700-447a-be94-93d993a96fbc

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv