“Ukraynadakı müharibə qlobal qida böhranına səbəb olub”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski TRT Vorld Forumunun iştirakçılarına videomüraciətində deyib.
Dövlət başçısı bildirib ki, “Taxıl sazişi” çərçivəsində 13 milyona yaxın məhsul dünya ölkələrinə ixrac olunub: “Bizim gücümüz budur. Türkiyə, Ukrayna və BMT birlikdə aclıq təhlükəsinin qarşısını alır. Biz beynəlxalq təhlükəsizliyi təmin edirik”.
V.Zelenskinin sözlərinə görə, qida böhranının həll olunması istiqamətində Türkiyənin müstəsna rolu var.
Prezident bildirib ki, Rusiya məqsədli şəkildə taxıl ixracını ləngidir.
“Sülhün əldə olunması üçün hər kəs bir iş görə bilər”, – Ukrayna lideri söyləyib.
O dövlət və hökumət başçılarına çağırış edib: “Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsir mübadiləsində çox iş görüb. Buna görə ona minnətdaram. Bundan sonra gərginliyin artmasının qarşısını almaq lazımdır. Türkiyənin sülh düsturu kifayət qədər aydındır”.
www.yenicag.az