FIFA prezidentinin yüksək maaşı diqqət çəkdi

media-hightechnic-468x90

FIFA prezidenti Gianni Infantinonun vəzifəyə başladığı dövrdə aldığı maaşla hazırkı gəliri arasındakı fərq yenidən gündəmə gəlib. Xarici mediada yayımlanan məlumatlarda Infantinonun illər ərzində qazancında baş verən artım detallı şəkildə təqdim olunub.

Yenicag.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti Gianni Infantinonun maaşını diqqət mərkəzinə alıb. Nəşr 2016-cı ildə FIFA prezidenti vəzifəsinə başladığı dövrdəki illik gəlirlə bu gün əldə etdiyi ümumi qazancı müqayisə edib.

Məlumata görə, Gianni Infantino 2016-cı ildə FIFA prezidenti seçildiyi zaman illik maaşı 1,28 milyon avro təşkil edib. Infantinonun 2023-cü ildə ikinci dəfə FIFA prezidenti seçilməsindən sonra maaşında 2,7 milyon avro artım qeydə alınıb. Bu artım ümumi gəlirin ciddi şəkildə yüksəlməsinə səbəb olub.

“Le Monde”nin yaydığı məlumatda qeyd olunur ki, FIFA tərəfindən 12 noyabr 2025-ci ildə ABŞ-li səlahiyyətli qurumlara təqdim edilən vergi bəyannamələrində Gianni Infantinonun bonuslar və digər bəyan edilməli gəlir maddələri də daxil olmaqla illik qazancının 5,27 milyon avroya çatdığı göstərilib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa