Cəmilə QINADI: “Bizim millət ölənə qədər işləyir, amma...”
“Ölənə qədər işləyirsən, bəs özün üçün haçan yaşayacaqsan?”
Yenicag.az xəbər verir ki, bu sözləri “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə “Öz aramızda” verilişində deyib.
Sənətçi istirahətsiz ilboyu işləyən insanları qınayıb:
“Azərbaycan xalqı normal yaşayır, hamının da pulu var. Rusiyada isə hamı dövlətli deyil. Amma hər bir rus il ərzində aldıqları maaşdan bir az qırağa qoyur. İldə bir dəfə o pulla istirahətə gedir, dəniz sahilində günəşlənir. Bizim millət doğulandan ölənə qədər işləyir. Yaxşı, bəs gəzməyə haçan gedəcəksən? Özün üçün haçan yaşayacaqsan? Uşağı böyüyür, keçir nəvəyə. Mən də edirəm, amma özümdən sonra. İldə heç olmasa bir dəfə gəzməyə get. Mən qışda da, yayda da, payızda da, yazda da gəzməyə gedirəm”.
Aparıcı İsa Şükürovun “Siz qazanırsınız, ona görə gedirsiniz” sözlərinə sənətçinin cavabı belə olub: “Qazandım-qazanmadım, az da olsa dala atıram. Elə siz də gedirsiniz bütün ölkələrə, görürəm”.
Nehru












