Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: “APF Group” MMC-nin direktoru dəyişdi

media-hightechnic-468x90

“APF Group” MMC-nin rəhbəri dəyişib. 

Yenicag.az xəbər verir ki, Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib.

“APF Group” MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.

Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.

“APF Group” MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb.

Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb.

“APF Group” MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.

Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı “APF Group” MMC-dən şərh almaq mümkün olmayıb. /qaynarinfo

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa