Zelenski ərzaq böhranını həll edəcək şərti açıqladı

media-hightechnic-468x90

“Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır – beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində söyləyib.

“Mən cənubdan qayıdıram – Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz – hərbçilər, polislər, Milli Qvardiya, müdafiə qüvvələri ilə söhbət etdim. Onların əhval-ruhiyyəsi inamlıdır, hamısının qələbəmizə şübhəsi yoxdur. Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz Ukraynanın olacaq – təhlükəsiz olacaq”, – dövlət başçısı vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05