Zelenski NATO-dan imtina edir: “Gücsüz təşkilat bizi qoruya bilməz”

media-hightechnic-468x90

“Ukrayna artıq gücsüz NATO-nu istəmir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya üzv olmaq niyyətindən geri çəkilməsi barədə açıqlamalarını belə şərh edib:

“Ukrayna–Rusiya müharibəsinin başlamasının əsas səbəbi, əslində, Ukraynanın NATO-ya üzvlük məsələsi deyil. Bu, sadəcə Rusiyanın əsas bəhanəsi idi. Müharibənin real kökləri Rusiyanın Krım və Donbas bölgələrini tam nəzarətə götürmək istəyinə dayanır. 1994-cü ildə Ukrayna və Rusiya prezidentləri ABŞ-ın vasitəçiliyi ilə Ukraynanın nüvə silahını Rusiyaya təhvil verməsi barədə (Budapeşt memorandumu) müqavilə imzalayarkən əsas hədəf Rusiyanın Ukraynanın ərazi bütövlüyünə, xüsusilə Krıma toxunmayacağı təminatı idi.

Məlumdur ki, Krım İkinci Dünya müharibəsindən sonra Nikita Xruşşovun qərarı ilə Ukraynaya verilib. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya daxilində Krımın geri qaytarılması ilə bağlı hərəkatlar başlamışdı. O dövrdə Yevgeni Primakov kimi simalar Krımın Rusiyaya birləşdirilməsini dəstəkləsə də, Boris Yeltsin buna qarşı çıxırdı. Nəticədə, belə bir beynəlxalq müqavilənin bağlanması zərurəti yarandı. Hətta Vladimir Putinin hakimiyyətinin ilk illərində o, dəfələrlə Krımın ərazi aidiyyətinə müdaxilə etməyəcəyini bəyan etsə də, sonradan bu mövqeyini kəskin şəkildə dəyişdi.”

Z. Əmrəliyev qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzündə NATO amili səbəb deyil, sadəcə vasitə idi:

“Müharibə Ukraynanın NATO-ya üzvlük planları bəhanə edilərək başladıldı. Lakin sual olunur: Ukrayna bu quruma üzv olub nə edəcəkdi? Rusiya 2014-cü ildə Krımı işğal edərkən Ukraynanın NATO-ya üzv olmaq kimi bir prioriteti yox idi. Buna baxmayaraq, Rusiya hücum edərək yarımadanı qeyri-qanuni ilhaq etdi. Bu da sübut edir ki, hazırkı genişmiqyaslı müharibə də uydurulmuş bəhanələr üzərində qurulub.

Rusiyanın strateji niyyəti hər zaman Krım və Donbası ələ keçirmək olub. Onlar rəsmi müstəvidə fərqli bəyanatlar versələr də, daxildə bu əraziləri heç vaxt Ukrayna torpağı kimi qəbul etməyiblər. Putin sonda bu gizli niyyətini açıq müstəviyə keçirərək müharibəyə start verdi. Ukraynanın isə həmin ərəfədə NATO-ya can atmaqdan başqa çarəsi qalmamışdı, çünki Rusiyanın hücum hazırlıqlarından xəbərdar idilər. Əgər vaxtında Qərb tərəfindən Ukraynaya real təhlükəsizlik təminatı verilsəydi, bəlkə də bu müharibə başlamazdı.

Hazırda Zelenskinin NATO-dan imtina etməsinin səbəbi isə budur: o anlayır ki, NATO kimi zəif və qətiyyətsiz bir təşkilat Ukraynanı qoruya bilməz. Hətta ABŞ-ın gələcəkdə NATO-dan çıxma ehtimalı belə müzakirə olunur. ABŞ bu ittifaqdan uzaqlaşacağı təqdirdə, təşkilatın heç bir hərbi və siyasi çəkisi qalmayacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05