Zelenski: Növbəti danışıqlar İsveçrə, Türkiyə və ya Avstriyada baş tuta bilər

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli danışıqların (Ukrayna-ABŞ-Rusiya) növbəti raundunun martın 5-i və ya 6-da keçirilə biləcəyini bildirib, danışıqların keçirilmə yeri kimi İsveçrə, Türkiyə və Avstriya nəzərdən keçirilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o bunu “Corriere della Sera”ya müsahibəsində bəyan edib.

“Heç kim növbəti üçtərəfli görüşü, hətta İrana hücumlardan sonra belə təxirə salmayıb. O, martın 5-i və ya 6-da baş tuta bilər. Ola bilsin ki, Əbu-Dabidə olmayacaq. Mən Cenevrəni və ya ən azı Avropanı üstün tutardım, çünki müharibə bizim qitəmizdə gedir”, – V.Zelenski qeyd edib.

Onun sözlərinə görə, əgər Rusiya neytral yer istəyirsə, o zaman danışıqlar üçün Avstriya, Vatikan və ya Türkiyə uyğun ola bilər.

V.Zelenski vurğulayıb ki, Ukrayna yaxın zamanda Rusiya ilə yeni əsir mübadiləsinə ümid edir./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05