Zelenski: “Putin gedəcək” – Qərb ölkələrinə çağırış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son raket və dron hücumlarından sonra Qərb müttəfiqlərinə Rusiyada rejim dəyişikliyini hədəfləməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu fikirləri Zelenski Helsinki Yekun Aktının 50 illiyi münasibətilə keçirilən “Helsinki +50” konfransına videomüraciəti zamanı səsləndirib.
“Putin rejimi qalarsa, bölgədə davamlı sülh mümkün olmayacaq”, – deyə Ukrayna lideri bildirib.
Zelenskinin bu açıqlaması nəticədə 26 mülki şəxsin həlak olduğu və 150-dən çox insanın yaralandığı hücumdan dərhal sonra verilib. Yaralananlar arasında 16 uşaq və 6 polis əməkdaşı da var. Hadisə ilə əlaqədar Kiyevdə bir günlük matəm elan olunub.
Ukrayna Prezidenti həmçinin bildirib ki, “əgər beynəlxalq ictimaiyyət Rusiyada rejim dəyişikliyini nəzərdə tutmursa, bu, Moskvanın müharibədən sonra da region ölkələrini təhdid etməyə davam edəcəyi anlamına gəlir”.
Məsimə Məmmədova