Zelenski: “Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib”

media-hightechnic-468x90

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə təmizləyib.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini azad edib. Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa