Zelenskinin Ofisinin rəhbərliyindən istefa verən Yermak cəbhəyə getmək istəyir

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak istefasından bir neçə saat sonra cəbhəyə getmək niyyətini açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, “New York Post” qəzetinə yazdığı məktubda belə fikir səsləndirib.

“Mən cəbhəyə gedirəm və istənilən repressiyaya hazıram. Zelenskiyə problem yaratmaq istəmərəm, buna görə də belə qərar verdim”, – deyə Yermak bildirib.

Qəzetin yazdığına görə, keçmiş Ukrayna rəsmisi cəbhəyə nə vaxt və hansı formada getmək niyyətində olduğunu açıqlamayıb.

Xatırladaq ki, noyabrın 28-də korrupsiyaya qarşı mübarizə orqanlarının əməkdaşları Yermakın mənzilində və ofisində axtarışlar aparıb. O, özü də bunu təsdiqləyib. Daha sonra Zelenski Yermakın istefa verdiyini açıqlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05