Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Zəlzələ Şamaxıda ciddi fəsadlara səbəb oldu - FOTO

Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Baş verən zəlzələ Şamaxı şəhərində ciddi fəsadlara səbəb olub.

Yenicag.az-ın Şamaxı şəhərinə ezam olmuş reportyorunun verdiyi məlumata görə, şəhərdə zəlzələ nəticəsində çoxlu sayda evlərə ziyan dəyib. Şəhərin Azadlıq küçəsində 1 ev yararsız hala düşüb. 2 nömrəli məktəbin pencərələrinin şüşələri yerə tökülüb, divarı isə uçub. Şəhərin 20 qanlı yanvar küçəsində isə 7 evin divarları və pencərələri uçub. Ev sakinləri küçədə qalıblar.

Hadisə yerində olan zaman Şamaxı rayon icra hakimiyyətinin nümayəndələri evlərə baxış keçirib. Sakinlərə sabah saat 7-dən etibarən qeydiyyata alınacaqları barədə məlumat verilib. Yaranmış vəziyyətlə bağlı geniş reportajı sabah saytımızdan oxuya bilərsiniz.

Səxavət Məmməd
Şamaxı şəhəri

 

www.yenicag.az

6888
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM