!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdən xilas edilmiş körpələrin aqibəti necə olacaq? - AÇIQLAMA

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdə xeyli sayda az yaşlı uşaqlar və yeni doğulan körpələr xilas edilib. Onların arasında ailəsi dağıntılar altında qalıb dünyasını dəyişmiş və ya hələ də valideynləri tapılmayanlar var.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tədbir görərək onların başqa ailələrə övladlığa verilməsi üçün vacib addımlar atıb.

Nazirliyin mətbuat xidməti bildirib ki, ailəsi və yaxınları ilə əlaqə saxlanıla bilməyən uşaqlar əvvəlcə Nazirliyə göndərilir, digər filiallara aparılır və onların valideynlərini tapmaq üçün səy göstərilir.

Eyni zamanda qeyd edilib ki, həmin uşaqlara himayədarlıq etmək istəyən ailələr “E-hökumət” vasitəsi ilə müraciət edə bilərlər. Amma övladlığa götürəcək olan ailələrə 5 ildən çox evlilik və minimum 30 yaş üstü tələbi qoyulub.

Sosial şəbəkələrdə vətəndaşların dediyinə görə, artıq sistemə daxil olmaqda çətinlik yaranıb. Bunun da səbəbi həddindən artıq çox sayda ailənin müraciət etməsidir.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv