Zəmzəm suyunu mikroskop altında araşdıran qadın gördükləri qarşısında heyrətə düşüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İnstaqramda 327 mindən çox izləyicisi olan və mikroskop müşahidələri ilə böyük rəğbət qazanan Genetik Mühəndis Dilarə Sarı bu dəfə zəmzəm suyunu araşdırıb.
O, sosial media hesabında zəmzəm suyunu araşdırdığı anları paylaşıb.
Gördüklərindən heyrətlənən Dilarə Sarı bu suyun tərkibi haqqında danışıb:
“Zəmzəm suyu minerallarla çox zəngindir. Zəmzəm suyunda, xüsusilə, maqnezium, kalsium, natrium və kalium var. Digər mineral sularla müqayisədə zəmzəm suyunda orta hesabla 10 qat daha çox mineral var” .
Genetik həmçinin zəmzəm suyunun görünüşündən də valeh olduğunu gizlətməyib.
Genetik Mühəndisin “zəmzəm suyu” paylaşımı qısa zaman ərzində minlərlə bəyənmə toplayıb və insanların marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
www.yenicag.az