!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur-Laçın məsələsində Rusiyasız masa TƏLƏBİ: "Azərbaycanla Ermənistan danışmalı..." - ŞƏRH

!Reklam – Yazi

“Əgər erməni tərəfi Zəngəzur dəhlizini açsa və silahlılar ərazidən çıxarılsa, Azərbaycan üçün problem qalmır”.

Bu sözləri Qarabağda baş verən proseslər, Rusiyanın Azərbaycana qarşı aqressiv davranışları və gözlənilən nəticələri dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Laçın dəhlizi Azərbaycanın ərazisi olmasına baxmayaraq, rəsmi Bakı o yolu bağlamaq niyyətində deyil:

“10 noyabr bəyanatında tərəflərin hər biri öhdəliklər götürmüşdü. Məsələ ondadır ki, Azərbaycandan başqa heç bir tərəf öhdəliyinə əməl etmir. Bəyanatdakı bəndlərdə komunikasiya xəttlərinin açılması ilə bağlı açıq müddəalar var. Azərbaycan Laçın dəhlizinə alternativ yolunun tikintisini bitirdi və həmin yolu açdı. Prezident İlham Əliyev də elan etdi ki, Zəngəzur dəhlizi ilə bağlı yolun tikintisi isə 2024-cü ildə bitir.

Rusiya bəyanatın qarantı kimi olsa da, qeyri-qanuni erməni silahlılarının ərazidən çıxarılmasını təmin etmir. İkincisi də Zəngəzur dəhlizi açılmır. Əgər erməni tərəfi Zəngəzur dəhlizini açsa və silahlılar ərazidən çıxarılsa, Azərbaycan üçün problem qalmır. Azərbaycan Laçın dəhlizini bağlamayıb və bu düşüncədə də deyil.

Azərbaycanla Ermənistan ya təkbətək oturub danışmalı, ya da Rusiyasız bir platformada müzakirələr aparmalı, problemi həll etməlidir. Ermənistan öhdəliklərini yerinə yetirməyənə qədər gərginlik qalacaq. Yolun açılmasına əslində erməni tərəfi də maraqlı olmalıdır. Paşinyan hakimiyyəti maraqlı olsa da, xaricdəki lobbi və kilsə imkan vermir ki, problem müsbət həllini tapsın”.

Səxavət Məmməd

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv