Zəngəzurda bəbir balaları görüntüləndi - VİDEO
Zəngəzur Milli Parkında bəbir balaları görüntülənib.
Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Zəngəzur Milli Parkında aparılan 13 illik kamera monitorinqlərinin nəticələrinə görə, əvvəllər hər iki ildən bir qeydə alınan bəbir balaları son illərdə artıq hər il müşahidə edilməyə başlayıb.
Parkda doğulan bəbir balaları böyüyərək region ölkələrinin ərazilərinə yayılır. Bir fərdin isə Türkiyənin Qara dəniz bölgəsinə qədər hərəkət trayektoriyası təsdiqlənib.
Monitorinq dövründə Zəngəzur dağlarında 15-dən çox bəbir balası doğulub və yetkinlik yaşına çatıb.
Sözügedən görüntüləri təqdim edirik:












