Zəngilanda silah-sursat aşkar edildi

media-hightechnic-468x90

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.

Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600