Zəngilanın Ağalı kəndində toy keçiriləcək? - AÇIQLAMA

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən Zəngilan rayonunda toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır”,- A.Qiyaslı deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600