Rusiyanın “Zenit” klubu baş məşqçisi Mirça Luçesku ilə bağlı qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi rumıniyalı çalışdırıcını komandadan qovub. Buna Luçeskunun rəhbərliyi altında klubun uğursuz çıxışı səbəb olub.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, 71 yaşlı mütəxəssis “Zenit”ə 2016-cı ildən rəhbərlik edirdi.
Yenicag.az