Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatdı

media-hightechnic-468x90

Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Bu barədə Yenicag Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. “Z-1” İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın (“Neftçi” İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər üç raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.

Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, “Qızıl əlcək” İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa