Zərbə məsafəsi GENİŞLƏNİR: Ukrayna Rusiyanın dərinliklərini VURACAQ

media-hightechnic-468x90

“ABŞ, Almaniya, Britaniya və Fransa tərəfindən Ukraynaya verilən silahların çeşidinə və zərbə məsafəsinə qoyulan məhdudiyyətlərin qaldırılması Rusiyanın raket terroruna qarşı məntiqi cavab olmaqla həm də qanunauyğun hadisədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

media-212458_dl3msys2tl

Siyasi təhlilçi Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-nin Ukraynaya tədarük edilən silahların mənzilinə qoyulan məhdudiyyətləri aradan qaldırması məsələsinə münasibət bildirib.

X. Cəfərlinin fikrincə, Rusiya sülh danışıqlardan və atəşkəsdən yayınmaqla yanaşı paralel olaraq Ukraynanın dinc şəhərinə qarşı ballistik raketlərlə terror həyata keçirir:

“Belə bir vəziyyətdə Ukraynaya verilən silahların çeşidinə və zərbə məsafəsinə məhdudiyyətlərin qoyulması tammailə məntiqə zidd, ancaq Moskvanın maraqlarına cavab verən məqam idi. İndi bu məhdudiyyətlərin götürülməsi Rusiyanın cinayətlərinin cavabsız qalmayacağı ilə yanaşı, daha ağır itkilər ödəmək məcburiyyətində qalacağı deməkdir. Bu isə sənayesinin böyük hissəsi Ukraynanın mümkün zərbə məsafəsində olan Rusiya üçün çox ciddi itkilər vəd edir”.

“Belə görünür ki, Qərb Rusiya ilə mübarizədə önə çıxan qərarlar almağa başlayır. Heç şübhəsiz ki, Rusiyanın hərbi və mülki müəssisələri nə qədər çox və tez məhv edilsə, müharibə o qədər tez başa çatacaq. Rusiyanın hərbi və mülki müəssisələrinin sıradan çıxarılması hesabına iqtisadiyyatının dağıdılması Azərbaycanın həyatı əhəmiyyətli maraqlarına cavab verdiyi üçün ABŞ, Almaniya, Britaniya və Fransa tərəfindən Ukraynaya verilən silahların çeşidinə və zərbə məsafəsinə qoyulan məhdudiyyətlərin qaldırılmasını ancaq alqışlamaq olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600