“Ziraat Bank Azərbaycan” Ani Ödənişlər Sisteminə qoşulub

media-hightechnic-468x90

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

media-banner_tuq

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin mobil və internet bankçılıq xidmətləri sırasına AÖS ilə köçürmə etmək imkanı əlavə edilmişdir.

Bu funksionalın yaradılması nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin hüquqi və fiziki şəxs müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olmuşlar.

Eyni zamanda, bu kanallar vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “Ziraat Bank Azərbaycan” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə köçürmələr qəbul edə biləcəklər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05