!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan” “Nargis” Fondu tərəfindən iftar çadırlarının qurulma layihəsinə dəstək göstərdi!

!Reklam – Yazi

Sosial fəaliyyətləri ilə daim diqqətləri öz üzərinə çəkən “Ziraat Bank Azərbaycan” bir daha xeyriyyəçilik layihəsinin həyata keçirilməsinə dəstək olub.

Bank, “Nargis” Fondu tərəfindən Ramazan Bayramı münasibətilə Aprel ayının son həftəsində, Qəbələ şəhərinin mərkəzində yüksək səviyyədə həyata keçirilmiş iftar çadırlarının qurulması layihəsində öz dəstəyini əsirgəməyib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin də iştirak etdiyi layihə çox sayda insana, habelə rayon və kəndlərdə yaşayan əhaliyə töhfə vermək məqsədilə 5 gün olmaqla şəhərin mərkəzində həyata keçirilib. Fond sadəcə şəhərin mərkəzində çadırları təşkil etməklə qalmayıb, həmçinin hazırlanmış iftar süfrəsinə qoşula bilməyən sakinlərə də əlavə sovqatlardan evlərinə paylanmasını təmin etmişdir.

Qeyd etmək lazımdır ki, “Ziraat Bank Azərbaycan” və “Nargis” Fondu arasındakı xeyriyyəçilik əməkdaşlığı ilk deyil. Belə ki, Bank Fondun yüksək səviyyədə təşkilatçılığı ilə ənənəvi olaraq həyata keçirilən bu layihənin 2019-cu il tarixində ilk tərəfdaşlarından biri olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedinsosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv