!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziraat Bank Azərbaycan uşaqlar üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə eko maarifləndirmə turu təşkil edib

!Reklam – Yazi

Ziraat Bank Azərbaycan növbəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Bank əməkdaşlarının məktəbli övladları ilə birlikdə “Təmiz Şəhər” ASC-nin təsərrüfat obyektlərinə maarifləndirici tur təşkil edib.

“Eko maarifləndirmə səfəri” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici turun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna toxunaraq, Bakıda keçiriləcək COP29 tədbiri öncəsi uşaqların diqqətini ətraf mühitin mühafizəsinəyönəltməkdir. Tur iştirakçıları öncəliklə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi prosesini əyani şəkildə izləyiblər. Qurumun əməkdaşları tərəfindən qeyd olunub ki, zavodda çeşidlənən tullantılar, Balaxanı Sənaye Parkının rezidentlərini və təkrar emalla məşğul olan digər sahibkarları xammal ilə təmin etmək məqsədilə onlara yönləndirilir. Tur çərçivəsində uşaqlara tullantıların doğru çeşidlənməsi haqqında məlumatqdim edilib, onları maraqlandıran suallarcavablandırılıb və uşaqlarla fikir mübadiləsi aparılıb. Uşaqlara təkrar emala yararlı olan tullantıların çeşidlənməsinin önəmi vurğulanıb.

Tullantıların çeşidlənməsi hesabına təkrar emalın həcminin artdığı vurğulanaraq, bu prosesdə cəmiyyətin hər bir üzvününaktiv iştirakının vacib olduğu xüsusi olaraq bildirilib. Sonda tur iştirakçılarına məlumatlandırıcı bukletlər və kiçik hədiyyələr təqdim edilib.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın InstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

COP29

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv