“Ziraat Bank Azərbaycan”da yeni TƏYİNAT - FOTO

media-hightechnic-468x90

Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi – “Ziraat Bank Azərbaycan” ASC-nin idarə heyətinə yeni üzv təyin edilib.

media-banner_tkm

13 illik bank təcrübəsinə malik Seymur Əliyev 18.05.2021-ci il tarixindən etibarən İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Seymur Əliyev bank sahəsində əmək fəaliyyətinə 2008-ci ildən başlamış, 8 ilə yaxın Azərbaycan Respublikası Mərkəzi Bankında, daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında fərqli vəzifələrdə çalışmışdır.

2020-ci il avqust ayından etibarən “Ziraat Bank Azərbaycan” ASC-də Risklərin İdarəedilməsi departamentinə rəhbərlik edir.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. 

Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək,  www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05