Zirzəmidən meyit tapıldı

Bakıda evin zirzəmisində naməlum şəxsin öldüyü məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə fevralın 18-də, saat 22 radələrində, paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti ərazisində qeydə alınıb.

Belə ki, 92 nömrəli evin zirzəmisində 50-55 yaşlarında üzərində xəsarət olmayan kişi meyiti aşkarlanıb.

Hadisə yerinə və meyitə baxış zamanı həmin şəxsin gödəkcəsinin cibində içərisindən kəskin spirt iyi gələn plastik qab aşkar edilib.

Həmin şəxsin səfil həyat tərzi (“bomj”) keçirməsi ehtimal edilir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

COP29