Ziya Məmmədovun qardaşı qızı qəzada öldü
Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.
Qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Nazirin qardaşı qızının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.
Qeyd edək ki, mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.
Mərhum xanım nazirin Loğman adlı qardaşının qızıdır.