!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zodiak qatili"nin kimliyi bəlli oldu: Silsilə cinayətlər törədən şəxsin FOTOsu

!Reklam – Yazi

ABŞ müstəntiqləri iddia edirlər ki, onlar Zodiak ləqəbli ölkənin ən məşhur silsilə qətllər törətmiş qatillərindən birini müəyyən edə biliblər.

Yenicag.az xəbər verir ki, xəfiyyələrin sözlərinə görə, Zodiakın əslində Kaliforniya ştatından Qeri Frensis Post olduğu müəyyən edilib. Müstəntiqlərin fikrincə, 50 ildən daha əvvəl silsilə qətllər törədən məhz o olub.

Zodiak ən azı yeddi hücum həyata keçirdiyi məlumdur, onlardan beşi qurbanların ölümü ilə nəticələnib.

Manyak “Zodiak” ləqəbini manyak özü özünə seçib – qəzetlərin redaksiyalarına göndərdiyi yeni qətllər vəd etdiyi və içərisində uşaqların olduğu məktəb avtobusunu partlatmaqla hədələdiyi istehzalı məktubları belə imzalayırdı. Bundan əlavə, göndərdiyi məktublardan birində dairənin içində Kelt xaçına bənzər bir işarə olurdu. Eyni işarəni polis Zodiakın hücum etdiyi yerlərdən birində tapıb.

Tədqiqatçılar qrupu, Zodiakın qəza zamanı ağır kəllə-beyin travması alan keçmiş döyüş veteranı Qeri Frensis Post olduğuna əmindir – bunu bir çox sübutlar, xüsusən də Postun evinin yaxınlığında tapılan sirli “Kelt xaçı” göstərir.

Lakin şübhəli şəxsə qarşı ittiham irəli sürmək artıq mümkün olmayacaq – o, 2018-ci ildə 80 yaşına qədər yaşadıqdan sonra vəfat edib./Oxu.az/

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv