“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

media-hightechnic-468x90

Avqustun 24-də Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə mərhum jurnalistlə dostluq edən ziyalılar, media nümayəndələri, həmçinin yaradıcısı olduğu saytın kollektivi iştirak edib.

Tədbir həm də “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin yekunlarına həsr olunub. Bu baxımdan iki hissədən ibarət olan tədbirin ilk hissəsində Zülfüqar Hüseynzadənin həyat və yaradıcılığına nəzər salınıb. Çıxış edənlər mərhum jurnalistin peşəkarlığını, qələminə sadiqliyini və insan kimi yüksək keyfiyyətlərini vurğulayıblar.

Tədbiri jurnalist Rumiyyə Miraslan açaraq giriş sözü ilə çıxış edib. O, ilk çıxış üçün sözü mərhum jurnalistin oğlu Hüseyn Ələsgərova verib. Daha sonra isə tədbir iştirakçıları söz alaraq öz xatirələrini bölüşüblər.

Millət vəkili Qüdrət Həsənquliyev, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, keçmiş millət vəkili Flora Qasımova, professorlar Şahlar Əsgərov və Aqil Əsədov, şair Zakir Fəxri, Yeniçağ.az-ın rəhbəri Aqil Ələsgər, TNS TV-nin rəhbəri Tural Səfərov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Moderator.az-ın direktoru Əli Hüseynli, saytın əməkdaşı Sultan Laçın və digər iştirakçılar çıxış edərək Zülfüqar Hüseynzadənin şəxsiyyəti və jurnalist fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini paylaşıblar.

Tədbirin ikinci hissəsində isə “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qalibləri elan olunub və onlara mükafatlar təqdim edilib.

Birinci yerə “İnsan məskən salır” adlı məqalənin müəllifi İlhamə Rəsulova, ikinci yerə “İtirilən uşaqlıq illəri və viran qalan yurd yeri ” adlı məqalənin müəllifi Vəli Həsənov, üçüncü yerə isə “Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası” adlı məqalənin müəllifi Lamiyə İsazadə layiq görülüb.

Tədbirin sonunda vurğulanıb ki, Zülfüqar Hüseynzadənin adı ilə bağlı müsabiqə ənənəvi xarakter alacaq və hər il təşkil edilərək yeni qələm sahiblərinin üzə çıxmasına şərait yaradacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa