Regionda oyunun qaydaları DƏYİŞİR: Qars-İğdır-Dilucu dəhlizinin təməli QOYULDU

media-hightechnic-468x90

“Qars-İğdır-Dilucu layihəsi Azərbaycan üçün həm logistika baxımından həm də Zəngəzur dəhlizinin açılması üçün olduqca önəmli layihədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat bu gün təməli qoyulacaq Qars-İğdır-Dilucu layihəsinin Türkiyə və Azərbaycan üçün önəmindən danışıb:

“Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin təməlinin qoyulması, şübhəsiz ki, region üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəmiryolunun inşa olunmasına Türkiyə tərəfindən 250 milyon ABŞ dolları ayrılması nəzərdə tutulmuşdu. Bu, faktiki olaraq Zəngəzur dəhlizi üçün mühüm əhəmiyyət kəsb edən dəmiryolu xəttidir. Çünki Naxçıvanla Türkiyənin dəmiryolu vasitəsilə əlaqələndirilməsi üçün yeni nəqliyyat imkanlarının artırılması deməkdir. Xüsusilə də beynəlxalq yükdaşıma imkanlarının artırılması üçün əlavə bir fürsət yaradan haldır”.

A. Allahverənov bu layihənin reallaşması ilə Zəngəzur dəhlizi arasındakı bağı dəyərləndirib:

“Məsələnin digər tərəfi isə odur ki, Zəngəzur dəhlizinin açılması artıq heç kimdə şübhə yaratmır. Bununla bağlı Ermənistan tərəfinin üzərinə götürdüyü öhtəlik var. Zəngəzur dəhlizinin qısa bir müddətdə istifadəyə verilməsi öz həllini tapmış məsələ kimi də dəyərləndirilə bilər. Azərbaycan yüklərinin və sərnişinlərin Naxçıvan istiqamətində maneəsiz daşınması mümkün olacaqdır. Naxçıvanla Qars- İğdır dəmir yolunun inşasının təməlinin atılması isə Azərbaycanın Türkiyə üzərindən alternativ beynəlxalq nəqliyyat dəhlizinin gələcəkdə səmərəli şəkildə Bakı-Tiflis-Qars dəmir yolu ilə paralel olaraq istifadəyə verilməsi böyük imkanlar açmış olur. Həm geoiqtisadi, həm geostrateji nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edən və bölgə ölkələri üçün siyasi dividendlərlə yanaşı eyni zamanda iqtisadi cəhətdən çox böyük fayda verə biləcək bir layihədir”.

Deputat Ermənistanda Zəngəzur dəhlizinin açılmasına etiraz edilməsinə rəğmən bu layihənin reallaşdığını qeyd edib:

“Hazırda Ermənistanda yenə müəyyən qüvvələr Zəngəzur dəhlizi ilə bağlı öz narazılığlarını dilə gətirirlər amma bu məsələnin öz həllini tapdığını nəzərə alsaq Qars-İğdır-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının gələcəkdə Naxçıvanla Qarsı əlaqələndirən əsas element kimi də nəzərdən keçirtdikdə biz görürük ki, artıq bölgə üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat, kommunikasiya, logistika layihəsinin işə salınması üçün real əlverişli bir şərait yaranıb”.

Deputat layihənin tək ölkəmiz üçün deyil həm də bölgəmiz üçün vacib olduğunu vurğulayıb:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması fonunda bu tipli layihələrin başlanması real olaraq Avroasiya qitəsi üçün yeni nəqliyyat dəhlizlərinin işə salınması xüsusilə də Zəngəzur üzərindən keçəcək nəqliyyat dəhlizinin istismar edilməsi üçün real şərait yaranmış olur ki, hadisələrin bu nöqteyi-nəzərdən dəyərləndirilməsi olduqca vacibdir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa