Putinin keçmiş arvadına qarşı sanksiya TƏTBİQ EDİLDİ

media-hightechnic-468x90

Kiyev Yeltsinin qızına və Avstriyanın sabiq XİN rəhbərinə qarşı sanksiyalar tətbiq edib.

Yenicag.az Bizim.Media-ya istinadla xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı fərmana əsasən, 65-i rusiyalı olmaqla ümumilikdə 74 nəfərə qarşı şəxsi sanksiyalar tətbiq olunub.

Sanksiya siyahısına Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin qızı və məsləhətçisi Tatyana Yumaşeva və onun həyat yoldaşı, Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl, Tatarıstanın keçmiş rəhbəri Mintimer Şaymiyev və ailə üzvləri, Moskva merinin müavinləri Anastasiya Rakova, politoloq Dmitri Sayms, müdafiə nazirinin müavini Pavel Fradkov və digərləri daxildir.

Bundan başqa, siyahıda həmçinin Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, onun həyat yoldaşı Artur və prezidentin bir neçə qohumu da yer alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa