Yolda hərəkəti məhdudlaşdıran şəxs məsuliyyətə cəlb edildi

media-hightechnic-468x90

Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının səpilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.

Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

DİN bir daha vətəndaşlara müraciət edərək bildirib ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa