Ukrayna və Kanada birgə silah istehsalı haqqında saziş imzaladı

media-hightechnic-468x90

Ukrayna və Kanada Kiyevdə müdafiə təyinatlı avadanlıqların birgə istehsalı haqqında saziş imzalayıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

“Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsinə, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsinə və yaradılmasına, müdafiə təchizatının davamlılığının artırılmasına yönəlib”, – Şmıxal “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saziş Kanadada Ukrayna şirkətlərinin yaradılmasını sadələşdirəcək və texnologiyalar mübadiləsini gücləndirəcək./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05