“Təmiz Binəqədi-Təmiz İdeya”
2014-cü ilin iyul ayında start götürən “Təmiz Binəqədi” adlı sosial layihə çərçivəsində bu günə qədər önəmli sosial tədbirlər, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. İlk olaraq, rayonun 9-cu mikrorayon ərazisində yeni istirahət parkı açılaraq, sakinlərin istifadəsinə verilib. Sözügedən layihə həmin parkın açılışında başladılıb. Bəzi ərazilər məişət tulantılarından təmizlənib. Hətta 40 nəfərdən ibarət könüllü dəstə də yaradılıb. Könüllülər, icra hakimiyyətinin əməkdaşları ilə bərabər rayon ərazisində müxtəlif iməclik və tədbirlərdə fəal iştirak ediblər. Layihənin vətəndaşlar arasında təbliğ və təşviq etmək üçün idarə və müəssiə avtomobillərinin üzərinə “Təmiz Binəqədi” yazısı vurulub. Bu da öz növbəsində sakinlər tərəfindən çox müsbət qarşılanmış və təqdirəlayiq hal kimi qiymətləndirilmişdir. Həmçinin layihə çərçivəsində “Polietilensiz gün” devizi altında aksiya keçirilib. 9-cu mikrorayon və ora yaxın ərazilər ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib. Təmizlik işlərindən sonra toplanan polietilen tullantılar təkrar emala göndərilib.
Qeyd edək ki, Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclərin fikir və təkliflərini dinləmək məqsədilə onlarla görüş keçirib.
Növbəti təmizlik aksiyalardan biri 7 mikrorayon ərazisində baş tutub. Belə ki, sözügedən ərazi məişət tullantıları tərəfindən təmizlənib. Ərazidə müxtəlif növdə ağac və kollar əkilib.
Xüsusi məqamı da qeyd edək ki, rayon ərazisində yerləşən müəssisələr arasında layihə çərçivəsində “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, “Ən təmiz fərdi ev” müsabiqələri elan edilib.
Bütün bunlar ilk növbədə Binəqədi rayonunun vətəndaşları tərəfindən çox yüksək qiymətləndirilir. Bəlli məsələdir ki, bütün görülən işlər məhz vətəndaşların rifahı naminə edilir. O cümlədən gedən abadlıq-quruculuq işləri zaman-zaman mətbuatda işıqlandırılır.
Aparılan davamlı yenidənqurma işlərinin olmasına baxmayaraq, bəzi ətraf qəsəbələrdə problemlər də özünü göstərir. Problemlərdən biri Biləcəri qəsəbəsi Yeni Yaşayış Massivindədir. Hər yağıntı olduğunda qəsəbə yolları keçilməz hala gəlir. Səbəbi də qəsəbədə kanalizasiya sistemin olmamasıdır. Dəfələrlə qəsəbə sakinləri aidiyyatı qurumlara müraciət etsələr də, bu problem öz həllini tapmayıb. Sakinlər bu nöqsanın tez bir zamanda həllini arzulayırlar.
“Bakı 2015 Avropa Oyunları”na hazırlıq məqsədilə bu günə qədər “Təmiz Binəqədi” sosial layihəsi ətrafında həyata keçirilən abadlıq-quruculuq işlərini təqdirəlayiq haldır.Bir daha qeyd edək ki, “Bakı 2015 Avropa Oyunları”na hazırlıq məqsədilə bu ilin iyul ayında start verilən “Təmiz Binəqədi” adlı sosial layihənin əsas məqsədi qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.
Kamran Ədalətoğlu
Yazı “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir.