!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“07” sürənə “CİP”in cəriməsi gəldi - FOTO

!Reklam – Yazi

Naxçıvan sakini ona səhvən Bakıdan cərimə protokolu göndərildiyini iddia edib.

Yenicag.az xəbər verir ki, Mirağa Seyidli 99 NE 085 nömrəli “VAZ 2107” markalı avtomobil idarə edir.

M.Seyidli Bakıda işləyib yaşasa da, Naxçıvanın Ordubad şəhərində qeydiyyatdadır. Yanvarın 12-də onun yaşadığı ünvana poçt vasitəsilə cərimə protokolu göndərilib. Lakin məktub açılanda içində “CİP” çıxıb.

M.Seyidliyə 10 RR 330 nömrəli “Jeep Wrangler” markalı avtomobilin Biləcəri qəsəbəsində radara düşdüyü qeyd olunan protokol göndərilib və orada maşının əsl sahibinin yox, onun ad-soyadı və ev ünvanı qeyd olunub.

Mirağa Seyidli əlavə edib ki, həmin maşını və sahibini tanımır, ona etibarnamə də verilməyib. Həmin gün öz maşını ilə Biləcəriyə də getməyib. Maşının sahibini tapmaq üçün bir neçə dəfə cəhd etsə də, alınmayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı araşdırma aparılıb: “Yol polisinin Mərkəzi İnformasiya Sisteminə əsasən “Jeep Wrangler” markalı 10 RR 330 nömrəli avtomobil inzibati məsuliyyətə cəlb olunub və maşının sahibi özü cəriməni artıq ödəyib. Məktubun digər şəxsə göndərilməsi texniki xətadır. Bu cərimə vətəndaş Mirağa Seyidlinin üzərində deyil”./Qafqazinfo/

www.yenicag.az

3934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv