1 yaşlı körpə yanğında öldü - Bakıda dəhşətli hadisə

media-hightechnic-468x90

Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa