10 yaşlı qız qocalıqdan öldü

media-hightechnic-468x90

Ukraynanın Vinnitsa vilayət sakini on yaşında qocalıqdan ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə İra Ximiçin anası “Facebook” hesabında yazıb:

“İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim, məni bağışla, bu dəfə səni xilas edə bilmədim”.

Qız nadir rast gəlinən genetik xəstəlik olan erkən yaşlanma xəstəliyi – progeriyadan əziyyət çəkib. Həkimlər ona beş yaşı olanda bu diaqnozu qoyublar.

Bu xəstəliklə əlaqədar körpə bir neçə ay normal inkişaf edir, lakin sonra sürətlə qocalmağa başlayır.

Bir il ərzində progeriya xəstələri bioloji olaraq on il yaşlana bilər. Uşaqlıq progeriyasında orta ömür müddəti 13 ildir./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600