Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıq olub.
Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.
O qeyd edib ki , Şimali Qafqazdakı terror qruplarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyaydakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub:” Bu, nəyin nəticə sində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə mənsub olan Kütləvi İnformasiya Vasitələrində, internet saytlarında, eyni zamanda sosial şəbəkələrdə aparılan suni təbliğat mexanizmi buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan oldu? Ç ünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Bunların nəticəsində bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”./Trend/
www.yenicag.az