11 il sonra ilk: Türkiyə və Suriya müdafiə nazirləri görüşdü

Türkiyə ilə Suriya arasında 11 il sonra ilk təmas gerçəkləşib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilib.

Suriya böhranı, qaçqınlar və oradakı terror qruplaşmaları ilə mübarizədə birgə hərəkət məsələlərinin müzakirə olunduğu toplantının konstruktiv keçdiyi qeyd edilir.

Məlumata görə, tərəflər belə toplantıların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, bu gün Türkiyə milli müdafiə naziri Hulusi Akarla Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi Hakan Fidan Rusiyaya səfər ediblər.