11 yaşlı uşaq yol qəzasında öldü-İmişlidə
İmişlidə baş vermiş yol qəzası zamanı 11 yaşlı uşaq dünyasını dəyişib.
İmişli Rayon Polis İdarəsindən (DİN) verilən məlumata görə, yanvarın 13-də rayonun Sarıxanlı kəndi ərazisində saryonun Sarıxanlı kənd sakini Sabit Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı İmaməddin Allahverdiyevi vurub. Yaralı uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla əlaqədar araşdırma aparılıb(trend).