Göyçayda 36 yaşlı kişi bıçaqlandı
İyulun 15-də axşam saatlarında Göyçay şəhəri ərazisində bıçaqlanma olub.
Yenicag.az-ın məlumatına görə, 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.













