!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir icra başçısını FOTOsu bitirir

!Reklam – Yazi

237266Prezident İlham Əliyev son iki gündə 4 icra başçısı ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı Mahmud Quliyevi Cəbrayıl, Akif Səlimovu Laçın, Tahir Kərimovu Salyan, Sevindik Hətəmovu Yardımlı rayonun icra başçısı vəzifəsindən azad edib. Sonuncu digər sərəncamla Salyana başçı təyin edilib, digər üçü işsiz qalıb.

İşsiz qalan icra başçıları son dövrlər adları daha çox qalmaqallarla gündəmə gələndərdir. Mahmud Quliyev bu ilin yanvar ayında Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə gündəmə gəlmişdi. O, toplaşaraq şikayətlərini bildirmək istəyən bir qrup şəxsi aşağılamış və hətta söymüşdü. Sabiq icra başçısı sonradan bu məsələ ilə bağlı verdiyi açıqlamada söyüşləri öz qohumuna qarşı işlətdiyini bildirmişdi: “Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar”.

Akif Səlimovun da barəsində mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Rayon sakinləri mediaya üz tutaraq onların şikayətlərini araşdırmaq və təbdir görmək əvəzinə sabiq icra başçısının tamam fərqli yol tutduğunu qeyd ediblər. Səlimov sakinlərin problemlərini qabartmağa çalışan mətbuat nümayəndələrinə hətta pul təklif etməkdən də çəkinməyib.

Tahir Kərimov isə gül bayramında çəkdirdiyi güllü-çiçəkli fotosuna qurban getdi. Belə ki, onun başının üstündə tutulan gül çələnglərinin altından keçidi sırasında çəkilmiş şəkili günlərlə müzakirə mövzusu olsuş, icra başçısının özünü xan kimi hiss etdiyi deyilmişdi.

Qaynar.info xəbər verir ki, daha bir icra başçısı şəkilinin qurbanı olacaq. Belə ki, bu günlərdə Zərdabın icra başçısı Lütfəli Babayevin bir toyda çəkilmiş fotosu yayımlanıb. Bu şəkil ölkə mediasında dərc olunub. Etik normalara uyğun görmədiyimiz üçün həmin fotonu yayımlamırıq. Amma Lütfəli Babayevin bu şəkilə görə yaxın günlərdə işsiz qalacağı dəqiqdir.

Qaynar.info

www.yenicag.az

1550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv